Parlament seçkiləri ilə əlaqədar Gürcüstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq.
Bu barədə Vətəninfo.az-a Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Gürcüstan vətəndaşlarının səsvermə hüququndan istifadə etməsi üçün diplomatik nümayəndəlik tərəfindən müvafiq şərait yaradılacaq.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabr tarixində keçiriləcək.