image-7backend

Prezident İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü başlayıb

image-reklam_sirab_01

Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü başlayıb.

Romanın “Chigi” Sarayında Prezident İlham Əliyevin
şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədrinə təqdim olundu.

Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdirdilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki