Prezidentin köməkçisi: Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir
Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər ən yüksək səviyyədədir.
Vətəninifo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib.
Onun sözlərinə görə, bu, artıq yaxşı ənənəyə çevrilib:
“Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. Ortaq mədəniyyət, tarix və qarşılıqlı hörmət bu əlaqələrin inkişafına kömək edib”.
H.Hacıyev qeyd edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin arasında qarşılıqlı anlaşma sayəsində mümkün olub:
“Regionlararası əməkdaşlıq genişlənir. Azərbaycanın Rusiyanın 70-dən çox subyekti ilə əlaqələri var”.