Bu il noyabrın 6-da keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Bişkek sammiti türk ölkələri arasında inteqrasiya proseslərinin daha da inkişafına xidmət edəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.
“Bu il Qırğızıstan Türk Dövlətləri Təşkilatına sədrliyi qəbul edəcək. Əminik ki, 6 noyabr 2024-cü ildə keçiriləcək TDT-nin Bişkek sammiti ölkələrimiz arasında inteqrasiya proseslərinin daha da inkişafına xidmət edəcək. Qırğızıstanın türkdilli dövlətlərlə münasibətləri qarşılıqlı etimad əsasında və xalqlarımızın maraqları naminə inkişaf edəcək”, – məlumatda vurğulanıb.
XİN qeyd edib ki, ötən illər ərzində TDT formalaşma mərhələsindən keçərək tam hüquqlu beynəlxalq təşkilata çevrilib. O, tarixi, mədəni və dini ümumiliyə görə yüksək potensiala malik mühüm regional birlik olub.+)