image-e50dc9eb-db70-3386-a381-a53838dc09f2_850backend

Quterreş: “Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur”

image-reklam_sirab_01

Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi qanunsuzdur və heç bir hüquqi qüvvəyə malik deyil.

bu barədə BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə bildirib.

O, vurğulayıb ki, “referendum”lar xalqın iradəsinin həqiqi ifadəsi sayıla bilməz, çünki onlar Ukraynanın qanunvericilik çərçivəsindən kənarda və Rusiyanın nəzarəti altında olan ərazidə keçirilib.

Quterreş qeyd edib ki, dövlət ərazisinin istənilən ilhaqı BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulmasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki