image-reklam-veteninfo
image-img_8253backend

Rüstəmxanlılar ailəsinə qarşı nadanlıq kampaniyası: Türkçülük maskalı nökərlərin ifşası

image-reklam-veteninfo

Son günlər Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlıya qarşı bəzi dairələr tərəfindən başladılan çirkin hədəf göstərmə kampaniyası artıq siyasi tənqid çərçivəsindən çıxıb, açıq-aşkar mənəviyyatsızlıq və bir Azərbaycan qadınına yaraşmayan əxlaqsız ifadələrlə müşayiət olunan rəzalət halını alıb. Tənzilə xanımın Seyid Əli Xameneyinin 40 mərasiminin simvolik məna daşıması ilə bağlı fikirlərini bəhanə edib, bir millət vəkilinə, bir anaya qarşı ağzına gələni danışanlar əslində öz səviyyələrini və kimə xidmət etdiklərini nümayiş etdirirlər. Tənzilə Rüstəmxanlının illərdir Türkçülük yolunda apardığı mücadiləni görməzdən gəlmək, ömrünü bu yolda şam kimi əridən bir insana şər-böhtan atmaq ən böyük nankorluqdur. Sabir Rüstəmxanlı kimi nəhəng bir söz adamının, Azərbaycanın istiqlal deputatının, milli azadlıq hərəkatının liderlərindən birinin ailəsini hədəf alanlar əslində elə gizli ruspərəst və iranpərəstlərin özləridir.

Bu gün “vətənpərvərlik” maskası geyinib kükrəyənlərə xatırlatmaq lazımdır: Sabir Rüstəmxanlının bircə “Ömür Kitabı” ilə ZoriBalayana, erməni millətçilərinə və onların havadarlarına verdiyi o sarsıdıcı cavab sizin bütün saxta fəaliyyətinizdən qat-qat üstündür. Sabir bəy istiqlal deputatıdır; o, Meydan hərəkatında millət üçün döyüləndə, başı yarılanda, tankların qabağında duranda bu günün “cəsarətli” təhqirbazları hansı deşikdə gizlənmişdilər? O vaxt qorxudan səsi çıxmayanların indi belə aslan kəsilməsi hansı cəsarətin yox, hansı tapşırığın məhsuludur?

Şəxsən mən İranın molla rejimi haqqında hər zaman ən kəskin tənqidi fikirləri səsləndirənbiriyəm, lakin regional siyasətdə “qonşuluq haqqı” deyən bir anlayış var. Lap loru dildə desək: adamın illərdir uşaq üstündə, toyuq üstündə, əkin-biçin üstündə dalaşdığı, yola getmədiyi qonşusu ölsə, onun yasına getməzmi? Bu, qədimdən gələn bir insanlıq qaydasıdır. Dövlətlər arası münasibətlər küçə uşaqlarının davası deyil, burada protokol, balans və maraqlar var. Tənzilə xanım dünənə qədər bir QHT rəhbəri idisə, bu gün Azərbaycan dövlətini təmsil edən rəsmi şəxsdir və dövlət maraqlarını qorumasında heç bir qüsur yoxdur.

Bəzi media orqanları isə Sabir bəyin bu təhqirlərə verdiyi haqlı etirazını “od püskürdü”, “həyat yoldaşını müdafiə etdi” kimi manşetlərləxüsusi rəngləyərək cəmiyyətə sırımağa çalışırlar. Bəs nə etməli idi? Özünə, ömür-gün yoldaşına və ailəsinə qarşı əxlaqsız ifadə işlədənlərə, nakişilik edənlərə “sağ ol”mu deməli idi? Sabir bəy necə və hansı tonda deməsindən asılı olmayaraq, ən doğrusunu edib. Çünki o, klaviatura arxasında gizlənən nadan ünsürlərdən fərqli olaraq əsl Türk kişisidiröz ailəsini, namusunu, şərəfini qorumaq onun həm insanlıq, həm də kişilik borcudur.

Türkçülük və millətçilik pərdəsi altında gizlənib Azərbaycan qadınına qarşı əxlaqsız ifadələr işlətməkdən utanmayanlar əslində kimin nökərləri olduqlarını bir daha sübut etdilər. Atalarımız yaxşı deyib: “Adam kişi olar!”Kişisinizsə, adam kimi, etik çərçivədə tənqid edin. Yoxsa gözünü yumub ağzını açan, küçə söyüşləri ilə “siyasət” yürüdən nadanlar bu millətə əxlaq dərsi keçə bilməz! Sizin bu hərəkətləriniz yalnız öz rəzalətinizi və kimlərinsə qarşısında quyruq buladığınızı göstərir.

image-semsi-qoca-jpg

Şəmsi Qoca

şair-publisist




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki