Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycana işgüzar səfər edəcək.
Vətəninfo.az “AKİpress”ə istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.
“Dövlət başçısı Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək”, – o qeyd edib.