image-2backend

Şəmkirdə iki nəfərin ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

image-reklam_sirab_01

Şəmkirdə iki nəfərin ölümündə təqsirləndirilən Şahin Məmmədovun cinayət işi üzrə məhkəməsi başlayır.

Vətəninfo.az-ın xəbərinə görə, işə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Xəqani Səmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 2022-ci il yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, ağır yol qəzası Bakı-Qazax yolunun Şəmkir rayonunun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qarpız daşıyan kiçiktutumlu yük maşını ilə minik avtomobili toqquşub. Nəticədə 2 nəfər – Ramin Məmmədov və Aydın Əliyev dünyasını dəyişib, 2 nəfər – Ağstafa rayon sakinləri – Şahin Məmmədov və Ədalət Bayramov isə yaralanıb.

Hər iki şəxsin meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki