Almaniyanın Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri Volfqanq Maniq ölkəsinə dönüb.
Veteninfo.az xəbər verir ki, bu barədə almaniyalı diplomat tviterdə yazıb.
“Hələlik, Azərbaycan! Səninlə keçirilən vaxt gözəl idi!”, – V.Maniq bildirib.
Xatırladaq ki, iyunun 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.