Rusiya Kiyevdən 29 kilomter məsafədə yerləşən Antonov Beynəlxalq Hava Limanından (Qostomel aeroportu) çəkilib.
Veteninfo.az-ın CNN-ə istinadən xəbərinə görə, “Maxar Technologies” şirkəti tərəfindən çəkilən peyk fotolarında Rusiya qüvvələrinin Antonov Hava limanını boşaltmasının görüntüləri əks olunub.
Qeyd olunub ki, paylaşılan fotolar ABŞ Müdafiə Nazirliyinin Rusiyanın Qostomel hava limanından çəkilməsi ehtimalı ilə bağlı məlumatını təsdiqləyir.
Hava limanının ələ keçirilməsi Rusiyanın Ukraynada müharibənin ilk günlərində əsas hərbi nailiyyətlərindən hesab edilirdi. Fevralın 24-də Rusiyaya məxsus hava desant qüvvələri bir neçə hücum və nəqliyyat helikopterləri ilə əraziyə enərək hava limanına nəzarəti ələ keçirmişdi.