image-13backend

Təmir sexi və içindəki maşın yandı

image-reklam_sirab_01

Neftçala şəhərində ümumi sahəsi 108 m² olan avtomobil təmiri sexinin tavanı və içərisində təmirə dayanan “Niva” markalı minik avtomobilinin salon hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən “Ölkə.Az”a verilən məlumata görə, yüksək temperaturdan sexin şiferdən ibarət dam örtüyü 7 m² sahədə dağılıb.

Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki