image-cd36d8c7-19e5-3f9f-a8c7-cd93acd42506_850backend

Türkiyə vətəndaşlarını İraqa səfər etməməyə çağırıb

image-reklam_sirab_01

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İraqın paytaxtında qeyri-sabit vəziyyətlə əlaqədar Bağdada səfərdən çəkinməyi tövsiyə edib.

bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

“Bağdadda təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq, vətəndaşlarımıza zərurət olmadıqca sözügedən şəhərə səyahət etməkdən çəkinmələri tövsiyə olunur”, – məlumatda bildirilir.

Nazirlik həmçinin ölkənin İraqdakı vətəndaşlarını kütləvi etirazların keçirildiyi yerlərə getməməyə çağırıb.

Xarici İşlər Nazirliyi vətəndaşlara ayıq-sayıq olmağı və xəbərləri yaxından izləməyi tövsiyə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki