image-3993f0b5-c654-3af7-b6f8-171039f62713_850backend

ÜST: Xərçəng və şəkərli diabet yoluxucu xəstəliklərdən daha ölümcül hala gəlib

image-reklam_sirab_01

Xərçəng və şəkərli diabet kimi xəstəliklər yoluxucu xəstəliklərlə müqayisədə daha ölümcül hala gəlib.

Belə xəbərdarlıqla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edib.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabatda yoluxucu olmayan ürək və ağciyər xəstəlikləri ilə yanaşı, xərçəng, diabet kimi xəstəliklərdən ölüm halları araşdırılıb.

Hesabata görə, xərçəng, şəkərli diabet və xroniki respirator xəstəliklər hər il 41 milyon insanın həyatına son qoyur.

Bundan əlavə, 2019-cu ildə 70 yaşa qədər 17 milyon insan qeyri-infeksion xəstəliklər səbəbindən vaxtsız dünyasını dəyişib. Ölümlərin 86 %-i kasıb və ya yaşayış səviyyəsi orta olan ölkələrdə baş verib.

Qeyd edilir ki, qeyri-infeksion xəstəliklərdən insan itkisinin yoluxucu xəstəliklərdən daha çox olduğu müşahidə olunur.

“Qeyri-infeksion xəstəliklərin yaratdığı təhdidlərin əsl miqyası bu hesabatla bir daha başa düşülür”, – təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

Yoluxucu xəstəliklərin qarşısını almaq üçün bütün dünyada tətbiq oluna biləcək ucuz üsulların olduğunu qeyd edən Qebreyesus, tədbir görülmədiyi təqdirdə belə xəstəliklərin əsrin ən böyük təhlükəsinə çevrilə biləcə barədə xəbərdarlıq edib.

O, eyni zamanda bildirib ki, əgər tədbir görülməsə, yoluxucu xəstəliklər əsrin ən böyük təhlükəsinə çevrilə bilər.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki