image-1backend

XİN: Azərbaycan Rusiyada və digər platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub

image-reklam_sirab_01

Azərbaycan Rusiyada və başqa platformalarda Ermənistanla danışıqlara hər zaman hazır olub.

Vətəninfo.az  xəbər verir ki, bunu TASS-a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın Moskvanın tərəflərin görüşünü təşkil etməyə hazır olması barədə bəyanatlarına münasibət bildirərkən deyib.

“Azərbaycan tərəfi Rusiyada və digər platformalarda Ermənistan tərəfi ilə danışıqlara hər zaman hazır olub”, – o bildirib.

Daha əvvəl brifinqdə Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında tərəflərin üstünlük verdiyi ikitərəfli formatda danışıqlar üçün platforma təqdim etməyə hazırdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki