image-reklam-veteninfo
image-images-3backend

Xocalı soyqırımı –qan yaddaşımızdır.

image-reklam-veteninfo

Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri- Qarabağın ən qədim insan məskənlərindən biri olan, Xocalıda baş vermiş soyqırım olmuşdur.Soyqırım -hər hansı milli, etnik, irqi, dini qrupların tam və qismən məhv edilməsidir. Xocalı faciəsi 20 ci əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın , Xirosima faciələri ilə eyni səviyyədə durur. 1992 ci illin qanlı faciəsinə qədər burada 7000 insan yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989 cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar.
Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi –şovinistlərin davamlı olaraq etnik təmizləmə soyqırım siyasətinə məruz qalmışdır.Azərbaycan xalqı tarixi torpaqlardan qovulmuş qaçqına məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınla müşayət olunmuşdur. 1948-1953 cü illərdə Ermənistandan 150000 azərbaycanlı deportasiya olunmuş Azərbaycanın Kür-Araz düzənliyinə yerləşdirilmişdir.
1988 ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250000 azərbaycanlı bu ərazidən qovulmuş bununla da , Ermənistan monoetnik dövlətə çevrilmişdir. Bütün beynəlxalq hüqüq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək üçün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirmişdi. 20 əsrin faciəsi olan Xocalı faciəsi aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. 20 əsrin sonunda baş vermiş bu hadisə təkcə Azərbaycan xalqına deyil , bütün insanlığa bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hisssəsində azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə , digər tərəfdən ümümiyyətlə Xocalını yer üzündən silmək məqsədi idi.
1992 ci i fevralın 26 da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü 1000 nəfər əlil oldu.106 nəfər qadın 63 azyaşlı uşaq , 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi.25 uşaq hər iki valideynini 130 nəfər valideyinlərindən birini itirdi.faciə zamanı 1275 dinc sakin girov götürüldü onlardan 150 nəfərinin taleyi məlum deyil.
Mərhum umumilli lider Xocalı faciəsi barədə demişdir ‘’ Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soqırımı oz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza usuulları ilə bəşər tarixində bir vəhşillik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.
Ulu öndər Heydər Əliyevin 25 fevral 1997 ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsəd ilə hər il fevral ayının 26 sı saat 17.00 da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqqiqəsi elan edilir.
Uzun illər Xocalını yana-yana andıq. Xocalını Xocalısız, başı öndə andıq. Amma bütün bu illər ərzində bir an belə Xocalını geri alma arzusunu, inamını itirmədik. İnamımıza, imanımıza, haqq-ədalətimizə sarıldıq, həqiqətin haqsızlığa zəfər çalacağı günün həsrəti ilə yaşadıq. Və budur artıq canımız yurdumuz Xocalımıza qovuşduq.
1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutaraq təlafatlar törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. 366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücuma keçərək dinc əhaliyə divan tutdu.
Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızcasına qətlə yetirilib. 487 nəfər şikəst olub, 1275 dinc sakin əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilib, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncə verilib.
Əslində, Xocalı faciəsi bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. 1991-ci ilin oktyabrında isə şəhərin blokadası tam başa çatdırılmışdı. Artıq Xocalıya gedən bütün avtomobil yolları bağlandığından şəhərə gediş-gəliş yalnız helikopterlər vasitəsilə həyata keçirilirdi. Belə vəziyyət şəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri məhsulların çatdırılmasında ciddi problemlər yaradırdı. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu helikopter isə 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında çoxsaylı insan tələfatına səbəb olmuş helikopterin vurulması ilə şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən etibarən şəhərin elektrik enerjisi təchizatının dayandırılması, sanki yaxınlaşmaqda olan vahimədən, dəhşətli kabusdan xəbər verirdi. Belə bir şəraitdə xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular.
Xalqımızın başına gətirilən bu zülmü biz heç zaman unutmadıq, unutdurmadıq və unutdurmayacağıq..

 

Nəsimi rayon təhsil işçisi
Qasımov Zeynal Qurban oğlu




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki