image-38backend

Xudatda silsilə oğurluq edən şəxs saxlanılıb

image-reklam_sirab_01

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə rayonların ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan “Report”a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməklə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Qusar rayon sakini, axtarışda olan Alim Əlimuradov tutulub.

Onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan pul, müxtəlif ərzaq məhsulları, spirtli içkilər, külli miqdarda müxtəlif növ siqaretlər və video müşahidə kamerası oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki