image-1backend

Xüsusi Təyinatlı Qüvvələrin şəhid zabitinin adına xatirə bulağının açılışı olub

image-reklam_sirab_01

Vətən müharibəsi şəhidi, kapitan İsmayılov Elçin Mübariz oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilmiş abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.

Vətəninfo.az xəbər verir ki, mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, deputatlar, şəhid ailələri və qazilər, şəhidin doğmaları və yaxınları iştirak ediblər.

Tədbirdə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbənin tarixi əhəmiyyətindən danışılıb, şərəfli döyüş yolu keçmiş Elçin İsmayılovun və bütün şəhidlərimizin xatirəsinin heç zaman unudulmayacağı vurğulanıb.

Eləcə də Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açılıb.

Mərasimdə 278 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib, həmçinin şagirdlərin ifasında şeirlər səsləndirilib.

Qeyd edək ki, şəhid Elçin İsmayılov Xüsusi Təyinatlı Qüvvələrin zabiti olub və qərargah rəisinin müavini vəzifəsində çalışıb.

O, ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki