image-img-20220905-wa0010-768x403backend

“Yeni Çağ” Media Qrupu 15 yaşında!

image-reklam_sirab_01

Bu gün Azərbaycanın ilk xəbər portallarından olan Yenicag.az saytının 15 yaşı tamam olur.

2006-cı il fevralın 1-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçən “Yeni Çağ” qəzetinin rəsmi səhifəsi kimi fəaliyyətə başlayan Yenicag.az saytı “Yeni Çağ” Media Qrupunun lokomotivi hesab edilir.

Belə ki, Yenicag.az saytı ilə 2007-ci il sentyabrın 5-də internet məkanına giriş edən “Yeni Çağ” 2016-cı ilin dekabrından etibarən fəaliyyətini genişləndirərək türk (Yenicag.info) və rus (Yenicag.ru) dillərində, həmçinin 2018-ci ildən Yenicag.tv video portalı vasitəsilə oxucuları informasiya ilə təmin etməyə başlamış, Media Qrup halını almışdır.

“Yeni Çağ” Media Qrupu bir sıra siyasi, sosial, iqtisadi, mədəni layihələr həyata keçirib və keçirməkdədir. Oxuculara gün ərzində baş verən hadisələrin xülasəsinin çatdırıldığı “Xəbər Çağı”, dünyada və ölkəmizdə baş verən hadisələr, aktual mövzuların özünəməxsus şəkildə şərh edildiyi “A-dan Z-yə Aqil Ələsgərlə”, siyasi gündəmin ələ alındığı, debatların təşkil olunduğu “Müzakirə vaxtı”, II Qarabağ Müharibəsindən bəhs edən “Müharibə gündəliyi” və digər layihələrdən bəhs etmək olar.

“Yeni Çağ” Media Qrupu beynəlxalq tədbirlərin sadəcə media dəstəkçisi olmaqla fəaliyyətini yekunlaşdırmır, həmçinin təşkilatçısı olduğu beynəlxalq forum, konfrans və simpoziumlarla həm ölkə daxilində, həm də xaricdə adından söz etdirməyi bacarıb. “Yeni Çağ”ın təşkilatçılığı ilə baş tutan tədbirlərdə Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, İraq və digər ölkələrdən tanınmış ekspertlər, telejurnalistlər, siyasi və ictimai xadimlər iştirak edib və hər bir tədbir Azərbaycanla bərabər, həmin ölkələrin mətbuatında da ciddi rezonans doğurub.

Türkiyənin regional televiziya və onlayn mediasını öz ətrafında toplayan Anadolu Yayımçılar Dərnəyi, “Haber 7” başda olmaqla, ən nüfuzlu türk saytları, Qazaxıstanın tanınmış informasiya portalları olan “Newsroom.kz”, “Turkistan.today” və “Turkistannews.kz” saytları, Qırğızıstanın “Manas” radiosu, Gürcüstanın “The Georgian Times”, “Aktual.Ge” saytları ilə ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur.

Bu əlaqələrin faktiki nəticəsidir ki, II Qarabağ savaşı zamanı Media Qrupunun rəhbəri Aqil Ələsgər Çexiya, Ukrayna, Estoniya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkiyə və ərəb mediasında müntəzəm çıxış edərək informasiya savaşı aparırdı.

Milli maraqların toxunulmaz prioritet elan edildiyi “Yeni Çağ” Media Qrupu daim yeni yanaşmalar irəli sürür, mövcud standartlarını yüksəldərək oxucuların rahatlığını düşünüb xəbərə əlçatanlığı təmin edir.

www.yenicag.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki