Prezident Volodimir Zelenski sentyabrın 1-dən Ukraynanın 1 000 kvadrat kilometrdən çox ərazisinin Rusiya ordusundan azad edildiyini bildirib.
O bu barədə axşam videomüraciətində bildirib.
“Davam edən müdafiə əməliyyatları çərçivəsində qəhrəmanlarımız artıq onlarla yaşayış məntəqəsini azad edib. Bu irəliləyiş bu gün (dünən -red) də hərəkət davam edib, yeni nəticələr var. Ümumilikdə, sentyabrın 1-dən indiyədək min kvadrat kilometrdən çox ərazimiz azad edilib. Bunu təmin edən hər kəsə təşəkkür! Bu günlərdə (azad edilmiş ərazilərdə-red) ucaldılan hər bir Ukrayna bayrağına görə orduya, kəşfiyyatçılara və xüsusi xidmət orqanlarına təşəkkür edirəm”, – Prezident vurğulayıb.
Zelenski qeyd edib ki, Ali Baş Komandanın Qərargahı bundan sonra da tez-tez iclaslar və görüşlər formatında fəaliyyət göstərəcək.
Dövlət başçısı vurğulayıb ki, bütün dövlət fəaliyyəti cəbhənin ehtiyaclarına və ukraynalıların müdafiəsinə yönəlib.


























