image-ziyafet-esgerov_0411backend

Ziyafət Əsgərov: “Tolstoyun açıqlaması Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirir, Azərbaycan heç kimdən asılı deyil”

image-reklam_sirab_01

Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun açıqlaması heç bir halda başa düşülən deyil, Rusiya ilə Azərbaycan arasında mövcud münasibətlərə və bu münasibətləri tənzimləyən müqavilələrə xələl gətirir.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. Ziyafət Əsgərovun sözlərinə görə, 22 fevral 2022-ci tarixli Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni xatırlatmaq kifayətdir ki, hər şey aydın olsun: “Həmin Bəyannamədə hər iki dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, eyni zamanda, bir-birlərinin daxili işlərinə qarışmaması xüsusi vurğulanıb. Hesab edirəm ki, Pyotr Tolstoy bu Bəyannaməni təsdiq edən Rusiya Prezidenti Vladimir Putinin imzasına hörmətlə yanaşmalıdır.
İkincisi, Azərbaycan 30 ildən artıqdır ki, müstəqil dövlətdir, müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan heç kimdən asılı deyil. Azərbaycan Rusiya ilə münasibətlərdə beynəlxalq hüququn bərabər subyektliliyi prinsipinə əsaslanır”.
Parlamentin komitə sədri Azərbaycanın müstəqilliyinin əbədi olduğunu vurğulayıb:
“Təəssüf ki, Rusiyada Azərbaycanla əlaqələrə kölgə salan Zatulin, Milonov kimilərinin sayı yüksələn xətt üzrə irəliləyir ki, bu hal, o cümlədən də Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun açıqlaması dövlətlərarası münasibətlərə xələl gətirir.
Eyni zamanda, son zamanlar Rusiya mediasında da anti-Azərbaycan ab-havası artır, ölkəmizin ünvanına kəskin hücumlar özünü açıq büruzə verir. 44 günlük Vətən müharibəsi bir daha Azərbaycanın hansı gücə malik olduğunu göstərdi. Rusiyanın belə rəsmi şəxsləri bunları nəzərə almalıdırlar. “Dağlıq Qarabağ” və “Stepanakert” kimi anlayışlar isə artıq tarixin arxivinə qovuşub. Pyotr Tolstoy “bəlkə də qaytardılar” arzusu ilə yaşayırsa, bilməlidir ki, qatar artıq çoxdan gedib və bununla razılaşmalıdır. Hamı bilməlidir ki, müstəqil dövlət kimi Azərbaycan öz ərazisində prosesləri ölkə qanunvericiliyi çərçivəsində tənzimləməlidir və tənzimləyir. Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası da daxil olmaqla, bütün məsələlər bu kontekstdə qiymətləndirilməlidir. Bu, zəruri prosesdir və bu prosesə maneçilik törədilməsi cəhdləri iflasa məhkumdur”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image