image-208956125_10226714677879011_1623541459886226477_nbackend

1998-ci ildə, bütün arxivlə birgə, xaricə, bəlkə də İrana satılıdı-HƏMİD HERİŞÇİ YAZIR

image-reklam_sirab_01
İllər ötdü, Səməd…Haqqında bildiklərimi, indi millətə çatıdrmağı özümə borc bilirəm…
O təkcə məktəb müəllimi deyildi axı…Təbrizdəki Azərbaycan Demokrat Firqəsinin tam məxfi rəhbəriydi. Dosyesi, Bakıda, ADF-nin arxivində saxlansa da, 1998-ci ildə, bütün arxivlə birgə, xaricə, bəlkə də İrana satılıdı. Yəni, sənin dosyeni də qoruya bilmədik…onu da satdıq…bu da, heç, keçək mətləbə.
Mövzunun əzəl mübtədası başlayır uzaq 1950-ci ildən. O vaxt, Bakı Neft Akademiyası məzunu, ADF-nin tam məxfi üzvü Rəzi Qəvami adlı bir təbrizli fədai, partiya rəhbərliyi tərəfindən gizlincə Əlcazairə ezam olunur. Əlcəzair o vaxt Fransa müstəmləkəsi idi. Ordakı zülm, eynən Təbrizdəki kimiydi deyə, partiyamız gələcək Təbriz üsyanı modelini məhz bax burda məşqdən çıxarır. Rəzi Qəvami, Təbriz fədailərinin üsyan texnologiyalarını əlcəzairlilərə öyrədir. Nəticə uğurlu olur,1962-ci ildə Əlcəzair üsyanı qələbə əldə edir.
Üsyanın texnologiyası ilə, bu dəfə İtalya solçuları maraqlanırlar. 1966-cı ildə “La battaglia di Algeri” filmini çəkib, Əlcəzair üsyanı planını, texnologiyalarını mənimsəyirlər. Film, beynəlxalq Kann festivalında birincilik qazanır həm də.
İtalya solçuları o vaxt ADF, şəxsən Səməd Behrəngi ilə əlaqə tellərini daha da dərinləşdirmək qərarını verirlər. Səmədin “Balaca qara balıq” əsəri İtalyada çap olunaraq dünya şöhrəti qazanır.
Mövzunu davam edirəm.
“Balaca qara balıq” əsərinin sonundakı 10 999 şifrəsinə uyğun olaraq, 1968-ci ildə İtalyada solçu, tam məxfi “Qırmızı briqada” Brigate Rosse təşkilatı yaranır. Təşkilatda, nağılda dediyildiyi kimi, düz 999 üzv vardı.
Xatırladıram, İtalyada çap edilmiş “Balaca qara balıq” kitabı da 999 nüsxədə çap edilmişdi.
Hər briqadaçı təşkilata üzv edildikdə sanki ona bu ktabdan bir nüsxə bağışlanırdı. Kitab, sanki məxfi üzvlük kitabçasıydı, vallah…
Budu, Səməd Behrənginin İtalyada çap edilmiş ilk kitabının əsas sirri.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki