image-img_6266backend

Nürnberq məhkəməsi salonundan qeydlər-İBRAHİM NƏBİOĞLU YAZIR

image-reklam_sirab_01

Dostlar, bugünkü günün yarısını Nürnberq məhkəməsinin keçirildiyi Ədalət Sarayına ayırdıq. Çox da mütəəssir olacağıma, yeni şeylər öyrənəcəyimə əmin deyildim.

Ancaq həyətaımın unuda bilməyəcəyim bir gününü yaşadım.
Çünki anladım ki, indiyə qədərki bəzi düşüncələrimdə çox haqlıymışam…

Yəni,
–əgər Hitler nə qədər alçaq və qaniçən bir faşist olubsa, Stalin ondan 100 qat daha betər cəllad və qaniçənmiş;
–əgər faşit Almaniyası Bəşəriyyətə necə böyük acılar yaşadıbsa, Sovet İttifaqı ondan geri qalmayıb ki, keçib;
–bir daha əmin oldum ki, ABŞ və xüsusilə də İngiltərə olmasaydı Stalin tez-tələsik, məhkəməsiz-filansız əsir alınmış Hitler Almaniyasının yüksək vəzifəli və rütbəli rəhbərlərini edam edəcəkdi;
–bu addımı ilə də Stalin 1930-ların sonlarından işlədiyi cinayətləri, ələxsus da Xatın qətliamını Hitlerin ayağına yazaraq əlini 20 000 polyak zadəgan və zabitlərinin qanınıdan təmizləyəcəkdi;
–bu gün anladım ki, Nürnberq məhkəməsində Sovet hakimlərinin bütün səylərinə rəğmən 1939-da işlənmiş Xatın qətliamı haqqındakı ağ yalanları qəbul görməmişdir;
–bu gün gördüm ki, məhkəmə qərarlarında bir yerdə belə Xatının adı çəkilmir;
–bu gün materiallara baxanda anladım ki, nə üçün Sovet tarixçiləri Nürnberq məhkəməsi haqda kitablar yazmamış, haqqında filmlər çəkilməmiş, İlya Erenburq xaricində doğru-düzgün bir əsər qələmə alınmamışdır;
–bu gün eşitdim və bir daha agah oldu ki, Nürnberq məhkəməsi – məhəkəmənin keçirildiyi Ədalət sarayının yenidən qurulmasından tutmuş bütün təşkilatı məsələlərinə qədər hamısı bilavasitə ABŞ-ın inanılmaz səyləri, maddi və mənəvi dəstəyi sayəsində olmuşdur;
–bu gün bir daha düşündüm ki, əgər ABŞ, İngiltərə və Fransanın yardımı, iştirakı, xərclədiyi milyardlar olmasaydı Hitler uzağı bircə ilə savaşı qazanıb, Sovetin şər yuvasını yerlə bir edəcəkdi;
–bu gün qeyd dəftərimə yazdım ki, Nürnberq məhkəməsi insanlıq tarixinin ən ədalətli məhkəmələrindən biri olub;
–bu gün əmin oldum ki, əgər müttəfiq ölkələr olmasaydı cəllad Stalin Bəşəriyyəti III Dünya savaşına aparacaqdı…

Və nəhayət, bir daha gördüm ki, şimal qonşularımıza əsla və əsla inanmaq, güvənmək olmaz, onlarla sabahı düşünmək bizim kimi nəcib bir milləti fəlakətə sürükləməkdir!!!

Dəyərli dostlar, çox istərdim ki, Ukrayna savaşı, İsrail-Fələstin müharibəsi haqda yazanlar bir az da Nürnberq məhkəməsini araştırsınlar, faşizmin yaranma səbəbləri haqda bir az düşünüb paralellər aparsınlar.

Mən sabahkı günü ailəmlə daha komfortlu bir yerdə ola bilərdim.
Ancaq düşündüm ki, Azərbaycanın Qarabağ Zəfərindən və Möhtəşəm Qələbəsindən sonra Dünyanın yeni fəlakətlərlə qarşı-qarşıya olduğuna diqqət çəkmək lazımdır. Ona görə qalxıb buralara qədər gəldim.

Əgər hansısa fikirlərimlə razı deyilsəniz məni çox qınamayın. Çünki bunlar mənim gördüyüm həqiqətlərdir.
Siz də özününküləri yazın…

23 oktyabr 2023,
Nürnberq/Bavariya,
Almaniya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image