image-img_8981backend

Rusiyanın adamı təkcə Ramiz Mehdiyevdirmi??? Bəs Azərbaycan parlamentində olanlar…

image-reklam_sirab_01

Azal-a məxsus təyyarəmizin Rusiya Hava Hücumundan Müdafdiə Sistemləri tərəfindən vurululmasından sonra, Rusiyadan Azərbaycana qarşı başlanan qaralama təbliğatına qarşı 5-ci kalonun heç bir üzvü səsini də çıxarmadı. Bu aydın idi. Onlar özlərinin ağası bildikləri Kremlə qarşı çıxmaq istəmirdilər…

Ramiz Mehdiyev, Elmar Məmmədyarov, Eldar Mahmudov, Əbülfəz Qarayev digərləri hələ də susqunluq nümayiş etdirir. Sadəcə adını çəkdiklərim, və yaxud çəkmədiklərim illərdir Rusiyanın Azərbaycan hakimiyyəti içərisində saxladığı və idarə etdikləri fiqurlarıdır.

Rusiyanın adamlarından bu gün parlamentdə də var… Onlar kimdir?

YAP-nın bir-iki deputatını, müxalifətdən olan 2-3 parlamentarini çıxmaqla, niyə o kresloları illərdir zəbt edənlər səslərin çıxarmırlar.
Niyə ölkə prezidnetinə “mən yaşlanmışam qızım seçilsin”deyə müraciət edənin deputat qızı bəyanat vermir?
Niyə “mən işğal dövrünün deputatıyam, işğaldan azad olunandan sonra öz rayonumdan deputat seçilməmişəm”deyən deputatın səsi niyə gəlmir?

Axı torpaqlar işğaldan azad edildikdən sonra, ona mandat verildi.

Niyə qardaşının dəstəyi ilə mandat alanlar, bir seçicisinin yaralı barmağına məlhəm ola bilməyənlər, ölkədə təhsildən tutmuş, səhiyyə sahəsinə qədər biznes imperiyası quraraq qaz vurub-qazan dolduran, mandatı atadan – oğula miras kimi görənlərin səsi niyə gəlmir?
Rusiyalı deputat tatar olsa da öz əqidəsini satan Valuyev Azərbaycan xalqını təhqir edəndə parlamentdə öz isti kreslosunda oturanlar niyə cavab vermədi?

Suallarımız çoxdur… Amma parlamentdə oturub bu xalqın dövlətin pulunu yeyənlər səslərini çıxarmır.

Bəziləri çıxarmayacaqda … Çünki bəzilərinin biət etdikləri ağaları buna icazə vermir…

Nə zamana qədər əldə etdikləri mandatın haqqını qaytarmayacaqlar həmin adamları faş etmək lazımdır…

Mənə görə bu ölkədə ən qorxulu tiplər sizlərsiniz. Çünki ki,Ramizlər, Elmarlar, Əbülfəzlər açıq oynayırlar və siz isə gizli düşmənlərsiniz. Amma unutmayın bu ölkəyə, onun qalib prezidentinə xəyanət edən hər kəs, ən layiqli cəzasını alacaq. O gün uzaqda deyil…

Nahid Canbaxışlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image