Həyat bir göz qırpımından ibarətdir. Dünən uşaq ikən yıxılıb dizlərimizdən qan axıdırdıq.. Bir dilim çörəyin üstünə yaxdığımız mürəbbənin, anamızın isti baxışlarının qədrini bilmədən böyüyürdük.
Həddi-büluğa çatdıq, kiminsə üçün ilk dəfə ürəyimiz döyündü. Gözlərimizdə arzular, əllərimizdə həyəcan vardı. Sonra böyüdük… Fərqində olmadan. Günlər həftələrə, həftələr illərə çevrildi. Bir oğlum oldu, ana oldum. Oğlum böyüyəndə biz qocaldıq. Bəs bu tələskənlikdə neçə dəfə dayanıb özümüzə qulaq asdıq?
Neçə dəfə sevdiklərimizə səmimi qəlbdən “mən var olmağına şadam” dedik? Gün batımını seyr etmək üçün neçə dəfə vaxt ayırdıq? Zaman su kimidir… Nə toplanır, nə də geri qayıdır. Keçən gün geri qayıtmaz. Amma gözəl olan odur ki, hər səhər yeni bir şansla oyanırıq. Hər gün sevdiklərimizi yenidən qucaqlamaq, bağışlamaq, təşəkkür etmək və sevmək üçün bir fürsətdir. Və bu həyatın ən gözəl hissəsidir…
Keçən illərə üzülmək əvəzinə geridə qalan günlərin qədrini bil. Hər gün yenidən başlamaq üçün.
Yenidən gülmək üçün.
Yenidən sevmək.
Çünki heç vaxt gec deyil.
Unutma…
Həyat qısadır, amma onu sevgi ilə doldursan, hər an bir ömür boyu dəyərli olar.