image-reklam-veteninfo
image-1backend

ABŞ-dan sensasion qərar:  İranlı qaçqınlar Afrikaya göndəriləcək

image-reklam-veteninfo

Fox News telekanalı xəbər verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası yeni razılaşma çərçivəsində bir qrup iranlı qaçqını və digər miqrantları Mərkəzi Afrika Respublikası ərazisinə köçürməyə hazırlaşır.

Məlumata əsasən, ilk uçuş yaxın günlərdə həyata keçirilə bilər və təxminən 20 nəfəri əhatə edəcək. Siyahıda İran, Suriya və Əfqanıstan vətəndaşlarının olduğu bildirilir.

Siyahıda ABŞ-də sığınacaq prosedurlarından keçmiş iki iranlı qadın da var. Onların vəkilinin sözlərinə görə, iranlı qadınlar ölkələrinə qaytarılacaqları təqdirdə təqib və təzyiq riski ilə üzləşə bilərlər. Qadınlardan birinin xristianlığı qəbul etdiyi, digərinin isə demokratiya fəalı olduğu qeyd olunur.

Məlumata əsasən, Vaşinqton və Mərkəzi Afrika Respublikası arasında razılaşma may ayında ABŞ nümayəndə heyətinin paytaxt Banqi səfəri zamanı yekunlaşdırılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki