image-reklam-veteninfo
image-1795691275_c8bdswma_largebackend

Ayvazovskinin 10 rəsm əsəri Sotheby’s hərracında 4 milyon dollara satılıb

image-reklam-veteninfo

Məşhur dəniz mənzərəsi rəssamının Londonda satışa çıxarılan əsərləri ümumilikdə 3 milyon funt sterlinqdən çox gəlir gətirib.

Dünya şöhrətli rəssam İvan Ayvazovskinin 10 rəsm əsəri Londonda keçirilən “Sotheby’s” hərracında 3 milyon funt sterlinqdən (təxminən 4 milyon dollar) artıq qiymətə satılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Hərracda ən yüksək qiymətə satılan əsər rəssamın 1862-ci ildə çəkdiyi “Gecədə Venesiya: San Corco Maciore” tablosu olub. Əsər 1,1 milyon funt sterlinqə alıcı tapıb.

Məlumata görə, tablo XIX əsrin sonlarında Sankt-Peterburqda estoniyalı kolleksiyaçı tərəfindən əldə edilib və həmin vaxtdan ailəsinin şəxsi kolleksiyasında saxlanılıb.

Ayvazovskinin “Uzaqda Kapri ilə Neapol körfəzi” əsəri isə 512 min funt sterlinqə satılıb. Uzun müddət ABŞ-da saxlanılan bu rəsm əvvəllər səhvən amerikalı impressionist rəssam Edvard Emerson Simmonsun əsəri kimi təqdim edilib.

Hərracda “Gəmi qəzası ilə ay işığında dəniz mənzərəsi” və “Ukraynada qış mənzərəsi” tablolarının hər biri 448 min funt sterlinqə satılıb.

Rəssamın digər altı əsərinin satış qiyməti isə 20 min ilə 217 min funt sterlinq arasında dəyişib.

Qeyd edək ki, hərrac “Faberge, İmperator və İnqilabi Sənət” adlı rus incəsənəti kolleksiyasının satışı çərçivəsində təşkil olunub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki