image-img-20201126-wa0003backend

ABŞ-ın regionda mövqelərinin möhkəmlənməsi ölkəmizin maraqlarına zidd deyil, əksinə tam xeyrinədir

image-reklam_sirab_01

“Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması üçün dünyada aparıcı, ATƏT-in Minsk qrupunda isə həmsədr ölkələrdən biri kimi ABŞ çox iş görə bilər…Biz Ermənistan ilə Azərbaycan arasında etimadın gücləndirilməsi tədbirlərinə töhfə vermək üçün bizə kömək edəcək istənilən təşkilatın fəaliyyətinə minnətdar olardıq. İstər BMT, ATƏT, Avropa İttifaqı, UNESCO olsun, istərsə də milli mövqedən çıxış edən ölkələr…”- İlham Əliyev (twitter)

Azərbaycan açıq şəkildə Ermənistanla əlaqələrin normallaşmasında, o cümlədən beynəlxalq təşkilarla və ölkələrlə əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirir. Bu məsuliyyəti nə Rusiya, təbii nə Fransa üzərinə deyil, ABŞ-a yönəldir. Bəli, ABŞ və Azərbaycanın regional təhlükəsizlik istiqamətində onilliklərə söykənən sıx əməkdaşlığı mövcuddur. Beynəlxalq terrorizmə qarşı birgə mübarizə, Əfqanıstanda sülhməramlı işlərə dəstəyin göstərilməsi və Qərbin alternativ enerji təminatçısı kimi Azərbaycan hər zaman öz milli maraqları çərçivəsində münasibətləri daha da gücləndirmişdir. Ona görə də  deyilən fikrin real vəziyyətə uyğun olduğunu görürük. ABŞ-ın regionda mövqelərinin möhkəmlənməsi ölkəmizin maraqlarına zidd deyil, əksinə tam xeyrinədir. Habelə, regionda balanslaşdırılmış siyasət üçün məqsədəuyğundur.

Cənab prezidentin “milli mövqedən çıxış edən ölkələr” ifadəsi xüsusi maraq doğurur. Deməli, xarici qüvvələrin təsiri altında olan ölkələr başqa mövqe nümayiş etdirəcək və ya susqun qalacaq. Xüsusilə, Azərbaycanla əlaqələri yaxşı və neytral olan dövlətlərə şamil olunur. Normallaşma prosesində hələ çox ölkələri milli mənafe dairəmizdən çıxarmış və ya daxil etmiş olacağıq.  Təbii ki, erməni diasporası öz işini görəcək. Amma İkinci Qarabağ müharibəsinin nəticələrini dəyişə bilmədikləri kimi elə normallaşma siyasətində də uğur qazana bilməyəcəklər. Çünki regionumuzda Qərblə bağlı enerji və nəqlliyyat layihələrinin imzası Azərbaycana aiddir. Əsasən biz sərmaye qoyuruq, biz icra edirik. Bu baxımdan Ermənistan və onun 1-2 havadarı proseslərin gedişatı ilə bağlı razılaşmalı olacaq. Azərbaycanın sülh çağırışlarına nə qədər aparıcı dövlətlər müsbət mənada qarşılıq verəcəklərsə, deməli regionun həqiqi stabil tərəqqisində maraqlı onlar olacaq. Post-müharibə dövründə biz strateji müttəfiqlərimizi yenidən saf-çürük edəcəyik, eyni zamanda yeni dost dövlətlər qazanacağıq. Odur ki, Prezident İlham Əliyevin “twitter” hesabında yazdığı dəyərli və ciddi mesajlar bütün siyasi platformalarda qaldırılması yaxşı olardı. İnglisdilli xarici mətbuatda yayımlanması isə erməni və onların havadarlarına tərs sillə olar.

Gülsel Səfərova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image