image-1641543440-1574837486backend

Abşeronda 3 nəfər dəm qazından boğularaq öldü

image-reklam_sirab_01

Abşeron rayonunda 3 nəfər dəm qazından boğularaq ölüb.

Bu barədə Veteninfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə yanvarın 6-da rayon ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışov kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki