image-photo-2021-12-18-09-08-55-1backend

Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq

image-reklam_sirab_01

Avropa İttifaqı (Aİ) – Azərbaycan münasibətləri yarandığı dövrdən (1991) bəri ölkədə baş verən siyasi, iqtisadi, sosial proseslərdə daim Aİ öz töhvəsini verməyə, malik olduğu təcrübələri tətbiq etməyə çalışır. Ölkəmiz hazırda bu təşkilatın bir çox əməkdaşlıq proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Aİ ilə qarşılıqlı hörmət və maraq prinsipləri üzərində münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Əbəs deyil ki, mütəmadi olaraq Aİ Azərbaycana yardımlarının həcmini artırır.
1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığa şərait yaratdı. Aİ-nin Azərbaycana xüsusi elçisinin təyin edilməsi (1998), Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilməsi (2000), Azərbaycan Avropa Qonşuluq Siyasətinə (2004) və Şərq Tərəfdaşlığı proqramına qoşulması (2009) qarşılıqlı əməkdaşlıq üçün böyük addımlar idi.
2014-cü ildə tərəflər arasında Aİ proqramlarında və agentliklərində iştiraka dair imzalanan protokol, 2016-cı ildə isə Azərbaycan Respublikası ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verilməsi tərəflər arasındakı əməkdaşlığın illər ərzində ən yüksəyə doğru irəlilədiyini göstərirdi. 2018-ci il iyulun 11-də isə Brüsseldə Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə tərəflər arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” Azərbaycan-Aİ əlaqələrini bir pillə də yuxarı daşıdı.
Aİ əməkdaşlıq etdiyi ölkələrdə iqtisadi, sosial, mədəni inkişafla yanaşı insan hüquqlarının qorunması, korrupsiyaya qarşı mübarizə, gender bərabrəliyi və s. bu kimi məsələləri də başlıca mövqedə tutur.

Enerji sahəsində əməkdaşlıq – Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşı olmaqla, hazırda Aİ-nin neft tələbatının 5%-ni ödəyir. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır.

Təhsil sahəsində əməkdaşlıq – Aİ-nin Erasmus+ proqramı Azərbaycanın ali təhsil müəssisələri, onların müəllim heyəti və tələbələrinin dəstəklənməsi məqsədini daşıyır.
Ticarət sahəsində əməkdaşlıq – Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcminin ümumi ticarətdəki payı 50 faizdir. Azərbaycan iqtisadiyyatına investisiya yatıranlar arasında Avropa İttifaqı ölkələri çoxluq təşkil edir.

Abdullayeva Aytən. Azərbaycan Dövlət Pedaqoji Universiteti

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki