image-photo-2021-11-26-15-43-17backend

Azad Laçın, azad Vətən.

image-reklam_sirab_01

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir Laçın şəhərinin yerini Tağı Şahbazi Simurğ seçmiş və bu  adı da ona özü vermişdir. Laçın rayonu 1924-cü ildə təsis edilmişdir. Rayonun mərkəzi Laçın şəhəridir..

Rayonun ərazisi 1883 kv. Km., əhalisi 65430 nəfər olmuşdur.2009-cu il əhalinin siyahıyaalınması məlumatına əsasən rayon əhalisinin 66671 nəfərini azərbaycan türkləri, 1914 nəfərini kürdlər, 464 nəfərini türklər, 28 nəfərini ruslar, 10 nəfərini isə digər millətlərin nümayəndələri təşkil edir.

Birinci Qarabağ müharibəsindən sonra imzalanan atəşkəsdən dərhal sonra Ermənistan hakimiyyəti tərəfindən Laçın şəhərinin və rayonun bir neçə ətraf kəndin məskunlaşdırılmasına dair məxfi əmr verilmişdi. Ermənistan bununla Dağlıq Qarabağı aparan yeganə yolun keçdiyi strateji mühüm ərazini nəzarətdə saxlamağa çalışırdı. Ermənistan o vaxt hesab edirdi ki, Laçın rayonunun dörd yaşayış məntəqəsinin məskunlaşdırılması kifayətdir. Lakin ermənilərin və müharibə veteranlarının planları daha böyük idi. Onlar iddia etdilər ki, işğal etdikləri ərazilərin hamısında məskunlaşmağa haqları var, çünki bu ərazilər “qədim erməni torpaqlarıdır”. Nəticədə 1995-ci ildə Laçın rayonunun 4 yox, 12 kəndində ermənilər qanunsuz məskunlaşmışdı. 2004-cü ildə isə Laçın və kəndlərində, o cümlədən digər ətraf rayonlarda yaşayan erməni sayı 13.500-ə çatmışdı.

Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. vardır.

1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olub. Dağlar qoynunda yerləşərək öz gözəlliyi ilə aləmə meydan oxuyan, hər daşında bir sirr yatan Laçın düşmənə təslim edildi. Laçın da Şuşa kimi mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Şuşanın işğalı günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Xəyanət və xəyanətə bərabər məsuliyyətsizlik Dağlıq Qarabağın , bütünlükdə isə Azərbaycanın gələcək taleyi üçün mühüm əhəmiyyətə malik olan vüqarlı Laçını düşmənə təslim etdi. Bu təslim nəticəsində təbii səngərlərlə əhatə olunmuş Laçın odlara qalanaraq tamamilə dağıdıldı. Sərvəti talan olunaraq Ermənistana daşındı, mədəniyyət ocaqlarımız, tarixi-memarlıq abidələrimiz o torpaqlardan imzalamışdı. Şuşa və Laçın həmin günlər yalnız taleyin ümidinə qalmışdı. Silindi, minlərlə baş mal-qara aparıldı, ən başlıcası isə laçınlılar doğma obalarından perik düşərək respublikamızın bölgələrinə səpələndilər.

1992-ci ildən dağlar gözəli Laçın erməni daşnaklarının ayaqları altında inildəyir, laçınlılar isə ölkənin müxtəlif ərazilərində köçkün vəziyyətində yaşayırdılar. Laçınlılara dövlətimiz və soydaşlarımız tərəfindən nə qədər qayğı və diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırdllar. Ölkə başçısı İlham Əliyevin bu istiqamətdə apardığı siyasət nəticəsində 2020-ci il 27 sentyabr tarixində Azərbaycanla Ermənistan arasında “44 günlük müharibə”baş verdi. Bu müharibədən xalqımız qalib olaraq ayrıldı. İllərdi həsrətini çəkdiyimiz torpaqlarımız geri qayıtdı. 2020-ci il noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən dekabrın 1-də erməni əhalisi Laçın rayonunu boşaltdı. Və bununla da Laçın rayonumuz işğaldan azad olundu.

 

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Hüseynli Billurə İlqar qızı

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki