Binəqədi rayon sakini polisə müraciət edərək evindən 6000 manat dəyərində qızıl-zinət əşyasının oğurlandığını bildirib.
Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirilə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı A.Əlmuradov saxlanılıb.
Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə paytaxt sakininin evindən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı R.Talıbov tutulub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.