image-informasiya-texnologiyalarinda-ugurlu-karyeranin-sirleribackend

Azərbaycan amansız bir informasiya savaşın içərisindədir-Asəf Quliyev Yazır

image-reklam_sirab_01

Bu gün hamı informasiya savaşı barədə danışır. Amma Azərbaycan cəmiyyətinin informasiya savaşı anlayışı münaqişənin ilk illərində olduğundan çox da irəli getməyib.

Hal-hazırda Azərbaycan amansız informasiya savaşındadır. 1988-ci ildən bu günə qədər hələ bu qədər amansız savaş olmamışdı.
Detallara keçməzdən əvvəl bildirmək istəyirəm ki, təkcə informasiya savaşı kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə aparılmır. İnformasiya savaşının 3 müstəvisi var: 1) Beyəlxalq təşkilatlar və mərkəzlər. 2)Kütləvi tədbirlər (idman, mədəniyyət və sairə). 3)Kütləvi informasiya vasitələri.
Bu savaş üç istiqamətdə aparılır: Daxili, xarici və rəqib auditoriyası.

DAXİLİ AUDİTORİYA
Bu gün Azərbaycanın daxili auditoriyası 4 tərəfli məngənədədir. Rusiya meyllilər, Qərb meyllilər, anarxistlər, Azərbaycan maraqlarını qoruyanlar.
Rusiya meylliləri iki yerə bölmək olar. Birincilər bunu bilərək, ikincilər isə anlamadan edir. İran meyllilər də hazırda bu qrupun içərisinə qarışıb.
Qərb meylliləri də iki qrupa bölmək olar. Sözün həqiqi mənasında sülh istəyənlər, nə istədiyini anlamayıb, sadəcə Qərbin xoşuna gəlmək istəyənlər.
Anarxistlər isə cəmiyyətin sosial ədalətdən narazı toplumudur. İnsanların sosial durumu bu kəsim üçün münbit fon yaradır.
Azərbaycan maraqlarını hər şeydən üstün tutanlar bəzi hallarda susmağı üstün tutur, bəzi hallarda isə onların dedikləri Qərbin maraqları kimi yozulur. Buna görə də bu məngənədə ən zəif tərəf kimi görünürlər.
Dörd tərəfdən sıxılan daxili auditoriya doğrunu seçməkdə çətinlik çəkir. Buna baxmayaraq daxili auditoriya ilə bağlı müsbət hesab olunacaq meyllər də var. Düşmən informasiya maşınının Azərbaycan auditoriyasına təsiri çox zəifdir. Amma qarşı tərəfin bu imkanları var. Bunun əsas səbəbi isə bir çox ekstremal hallarda yaranan informasiya qıtlığıdır. Cəmiyyət informasiya qıtlığını düşmən informasiya maşınının məhsulu ilə doldurmağa məcbur olur. Bu isə hadisələrə təsir etməsə də izsiz də ötüşmür.

XARİCİ AUDİTORİYA
Hazirda xarici auditoriya erməni informasiya maşınının məhsullarını daha rahat həzm edə bilir. Bunun obyektiv və subyektiv səbəbləri var.
Obyektiv səbəb ondan ibarətdir ki, erməni tərəfi bu işi uzun illərdir ki, aparır və kifayət qədər şəbəkələşib.
Subyektiv səbəb isə ondan ibarətdir ki, Azərbaycan 30 ildə bu işi qurmayıb. Bu gün xarici auditoriyanın qərar qəbul etmədə mühüm həlqəsi olan mərkəzlər pafoslu təqdimatlara ciddi yanaşmır. Lakin biz pafosla danışmağı daha düzgün hesab edirik. Bunun səbəbi isə xarici auditoriya ilə aparılan işin elmi əsaslarla yox, özfəaliyyət səviyyəsində olmasıdır.
Son döyüşlərin beynəlxalq mərkəzlərdə verdiyi əks-səda elmi yanaşma ortaya qoymağın vaxtı çatdığını xəbər verir. Gec də olsa bunu etmək lazımdır.

DÜŞMƏN AUDİTORİYASI
İnformasiya savaşında qarşı tərəflə iş mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda ilk illərdə “erməni qələt eləyir” məntiqi əsas hesab olunurdusa, hazırda “erməninin bizimlə düşmənçiliyini aradan qaldırmaq mümkün deyil” fikri hakimdir. Bunun düz yanaşma olmadığını Ermənistanda keçirilən son seçkilər aydınlığı ilə ortaya qoydu. Müharibəni uduzan siyasi qüvvə daha çox səs verməklə erməni cəmiyyəti müharibə istəmədiyini ortaya qoydu.
Bundan başqa “informasiya savaşı aparıram” nidası ilə cəmiyyətə özünü təqdim edənlər əsas işin erməniləri söymək və düşmən obrazını daha da qabartmaq olduğunu zənn edir. Bu da yanlış yanaşmadır. Ən azı ona görə ki, informasiya savaşının son hədəfi bu deyil.

İNANDIRMAQ
İnformasiya savaşının hədəfi inandırmaqdır. Həm daxili auditoriyanı, həm xarici auditoriyanı, həm də düşmən auditoriyasını.
Buna nail olmadan əsaslı nəticə əldə etmək çox çətindir. Çünki müasir dünyanın ən ciddi silahı məhz informasiyadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki