Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə 113 xarici vətəndaşı Gürcüstandan deportasiya ediblər .
Vətəninfo.az xəbər verir ki, Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Türkmənistan, Rusiya, Hindistan, Ermənistan, Çin, Keniya, Kuba, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Misir, Efiopiya, İordaniya, Nepal, Nigeriya, Pakistan, Tayland və digər ölkələrin vətəndaşları, ümumilikdə 113 nəfər ölkədən deportasiya edilib.
Deportasiya edilən şəxslərin ölkəyə girişinə qadağa qoyulub.


























