image-reklam-veteninfo
image-1backend

“Halal eləmirəm”- Jurnalistdən ADY-ə SƏRT ETİRAZ

image-reklam-veteninfo

Bakı-Tbilisi qatarının biletlərinin satışı ilə bağlı narazılıq davam edir. Bakı-Tbilisi qatarının biletlərinin satışı ilə bağlı narazılıq davam edir.

Vətəninfo.az xəbər verir ki, videoda çıxış edən Elnura Abuşovanın sözlərinə görə, Bakı-Tbilisi qatarına iyul ayı üçün bilet alıb. Bilet alarkən dönüş bileti üçün səfərdən bir ay əvvəl müraciət etməsi tövsiyə olunub.

Sərnişin iddia edib ki, avqust ayında dönüş bileti almaq üçün müraciət etdikdə ona sistemin səhər saat 06:00-da açıldığı və biletlərin turizm agentlikləri tərəfindən alındığı bildirilib.

Sərnişin daha sonra aldığı bileti qaytarmaq üçün ADY-nin perronuna gəldiyini və 20 manat tutulmaqla pulun geri qaytarıldığını bildirib. Onun sözlərinə görə, ödənişin hesabına geri qayıtması üçün 7 gün müddət nəzərdə tutulub.

Narazılığını sərt şəkildə ifadə edən sərnişin, “Gözəl biznes qurublar. Haqqı haramları olsun, Əzizlərinin ehsana xərcləsinlər. Bu qədər vətəndaşı dolamaq olmaz” deyə bildirib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki