Müasir dünyada humanitar fəaliyyətlər təbii mərhəmət hisslərinin ifadəsi ilə yanaşı, dövlətlərin xarici siyasətinin də mühüm parçasıdır. Yəni humanitar yardım müxtəlif fəlakətlərə, məşəqqətlərə düçar olan ölkə ilə həmrəylik nümayiş etdirir ki, bu da bütövlükdə beynəlxalq sabitliyin və əmin-amanlığının güclənməsinə dəstək deməkdir. Odur ki, müxtəlif böhranlı vəziyyətlərə zəruri hazırlığı təmin etmək məqsədi ilə humanitar fəaliyyətlərə bağlı olduğunu yeni humanitar strategiya qəbulu ilə ifadə edən Azərbaycan 2011-ci ildə Xarici İşlər Nazirliyi çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyini (AİDA – Azerbaijan İnternational Development Agency) təsis etdi. Agentliyin əsas məqsədi zərərçəkən ölkələrin içməli su, ərzaq, dava-dərman, təmizlik ləvazimatı, tibbi yardım, müvəqqəti sığınacaqlar kimi ən ümdə ehtiyaclarını vaxtında və səmərəli şəkildə qarşılamaqdır. Humanitar yardım məfhumunun özü, ilk növbədə, hər hansı təbii və ya insani fəlakətlərə düçar olmuş əhalinin ən qiymətli dəyər olan həyatını, həmçinin ləyaqətini qorumaq, mühafizə etmək deməkdir.
Son on illər ölkəmizin sürətli inkişafı nəticəsində əvvəllər beynəlxalq yardımların ünvanı olmuş Azərbaycan donor ölkəyə çevrilib. Bu status ölkəmiz qarşısında beynəlxalq arenada yeni perspektivlər və imkanlar açır. Həm də humanitar yardımın nə demək olduğunu, nə qədər mühüm vəzifə daşıdığını biz çoxlarından daha yaxşı bilirik. Belə ki, müstəqillik dövrünə işğalçılarla müharibənin dəhşətlərini yaşayaraq qədəm qoyan, ərazisinin böyük hissəsi işğal edilən, bir milyon qaçqın və məcburi köçkünün problemləri ilə üz-üzə qalan gənc dövlətimiz təbii ki, kənar yardımlara möhtac vəziyyətə düşmüşdü. Ölkənin müxtəlif bölgələrində tələm-tələsik qurulan qaçqın düşərgələrini həmin çətin dövrdə yerli imkanlarımızla saxlamaq qeyri-mümkün idi. Bir sıra ölkələrdən humanitar yardımlar gəlirdi. O keşməkeşli illərə nəzər saldıqda həmin mürəkkəb dövrün bizə çox qiymətli təcrübə qazandırdığını cəsarətlə söyləyə bilərik. Müstəqilliyi bərpa olunandan ilk illərdə bir çox çətinliklərlə qarşılaşan Azərbaycan bu gün artıq firavan, müasir ölkəyə çevrilib. Dünənədək başqalarından humanitar yardımlar qəbul etmiş Azərbaycan özü möhtac ölkələrə humanitar yardımlar göstərən, əl tutan donor ölkədir. Belə ki, hazırda Azərbaycan böhranlı vəziyyətlərlə üzləşən ölkələrə mütəmadi olaraq yardım əlini uzadır. Bu cür yardımlar 2011-ci ildən Asiya, Afrika, Latın Amerikası ölkələrinin bir çoxuna göstərilib. 2014-cü ildə bir sıra bölgələri leysan yağışları üzündən daşqınlara məruz qalan Serbiya və Bosniya Herzeqovinaya da humanitar yardımlar göndərilmiş, bəzi yerlərdə ayrı-ayrı yaşayış məntəqələrini təxliyyə etmək belə məcburiyyəti yaranmışdı. Fəaliyyəti dövründə agentliyimiz Afrika ölkələrində bir sıra layihələr hazırlayıb həyata keçirmişdi.
Dünyanın 39-u Afrikada yerləşən 75 yoxsul ölkəsinə beynəlxalq yardımların ən iri subyektlərindən olan İDA həmin ölkələrdə təməl sosial xidmətləri təmin edən donor vəsaitlərinin də ən böyük mənbəyidir.
2016-cu ilin dekabr ayında başa çatan 18-ci vəsait ödənişi rekord olan 75 milyard dollar məbləğində olub. Bu, 2020-ci il iyunun 30-da başa çatmış üçillik müddət ərzində həyata keçirilmiç layihələrin maliyyələşdirilməsinə sərf olunmuşdur. Belə ki, həmin vəsait hesabına cəmi 400 milyon nəfərə təməl səhiyyə və təhsil, 130-180 milyon uşağın peyvənd, ixtisaslı həkimlərin iştirakı ilə 20 milyonadək qadına təhlükəsiz doğuş xidmətlərinin göstəriləcəyi, 45 milyonadək sakinin təmiz içməli su ehtiyacının ödənməsinin təmin olunacağı, 300 milyondan çox uşaq üçün 9-10 milyon müəllimin hazırlanmışdır.
Azərbaycan Moldovadkı ukraynalı qaçqınların ehtiyaclarının qarşılanması üçün dərman vasitələrindən ibarət 1,7 milyon manatlıq humanitar yardım göndərib. Bundan əvvəl fevarl və martda da Azərbaycan Ukraynaya dərman vasitələri, eləcə də ərzaq məhsullarından ibarət ümumi məbləği 21.5 milyon manat olan 520 tona yaxın humanitar yardım yola salıb.
Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəri Ukraynada təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaqla dəstək verir.
Lakin Azərbaycanın beynəlxalq humanitar fəaliyyəti bununla məhdudlaşmır. Keçid dövrünün bir çox problemlərini arxda qoyan Azərbaycan bu gün yardım alan ölkədən yardım edən ölkəyə çevrilib və dünyanın donor ölkələri sırasına daxil olub. Azərbaycan təbii fəlakətlər, müharibələr və digər sosial-iqtisadi sıxıntılar keçirən ölkələrə yardım edən ilk dövlətlər sırasındadır.
Yəni Azərbaycan bu gün beynəlxalq humantiar aksiyalara həvəskar şəkildə deyil, özünün Xarici siyasətinin əsas, davamlı istiqamətklərindən biri kimi baxır. Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi Azərbaycanın bu istiqmətdə fəaaliyyətini həyata keirən əsas oraqnalrından birdir. 2011-ci ildən etibarən Asiya, Afrika, Latın Amerikasının 100-dən çox ölkəsinə ərzaq, dərman təhsil və digər humnitar sahəlrəd yardımlar göstərilib.
Beləliklə Azərbaycan beynəlxalq donor statusunun öhdəsindən layiqincə gəlir və etibarlı siyasi, iqtisadi tərəfdaş olmaqla yanaşı, çətin günün dostu olduğunu da uğurla nümayiş etdirir
Bu gün ölkə Prezidenti yeni sosial-iqtisadi çağırışları nəzərə alaraq ölkədə yeni nəsil islahatlara start vermişdir. Bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə doğru hesablanib. Geniş miqyaslı bu islahatlar ölkədə yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün zəmin yaradır. Son dövrlər həyata keçirilən struktur-institusional islahatlar keyfiyyətçə yeni sosial-iqtisadi artım modelinə keçidi dəstəkləyir və bu islahatların əsas hədəfi Azərbaycan vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasıdır. Ölkədə aparılan bu islahatlar Azərbaycanın iqtisadi qüdrətini daha da gücləndirəcək və onun beynəlxalq aləmdə nüfuzunu daha da artıracaqdır.
Nəsimi rayon sakini Hüseynli Billurə