image-01-6backend

Azərbaycan etibarlı tərəfdaşdır

image-reklam_sirab_01

Xəbər verildiyi kimi, dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün işgüzar səfərə gələn Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibə verib. Ölkə başçısı sözügedən müsahibəsində Azərbaycanın müdafiə potensialının Rusiya və İsrail kimi müxtəlif hərbi arsenala malik olan dövlətlərdən alınan silahlar hesabına artırılmasını qeyd etməklə bərabər ölkəmizin müdafiə sanayesinin intensiv inkişaf etməsinin artıq Azərbaycanın istehsal etdiyi silahların dünyanın 30-dan artıq ölkəsinə ixrac edilməsini vurğulayıb.
Qeyd edilib ki, Azərbaycan XXI əsrin müharibəsini apardı. Effektivliyin səbəbi təkcə İsraildən və Türkiyədən alınan dronlarda deyil, həm də çox dəqiq kəşfiyyat işlərinin aparılmasındadır.
44 günlük Vətən Müharibəsi günlərində Ordumuz tərəfindən kəşfiyyat, kamikadze və qırıcı dronlar effektiv şəkildə istifadə olunub. Bunun nəticəsində düşmən istər hərbi texnika, istərsə də canlı qüvvə tərəfdən çox böyük itkilər verib. Bu da müharibənin gedişinə, qələbənin əkdə edilməsinə ciddi təsir göstərib. Azərbaycan Ordusu İsrailin hava hücumundan müdafiə sistemi və Rusiyanın hava hücumundan müdafiə sisteminə (S300), həmçinin “BUK” tipli hava hücumundan müdafiə sistemlərinə malikdir. Qələbədən sonra ölkəmizin hərbi təcrübəsinə maraq və bu təcrübəni öyrənmək istəyən ölkələrin sayı artıb. Dünyanın hərbi mərkəzləri müasir müharibə texnologiyalarını öyrənərkən məhz Azərbaycanın apardığı müharibəni nümunə kimi götürmüşlər.
Müsahibədə həm də Azərbaycanın artan iqtisadi qüdrəti də vurğulanıb. Ölkə iqtisadiyyatın şaxələndirilməsi, habelə neft və qaz sahəsindən asılılığın azaldılması istiqamətində davamlı işlər görülür. Ümumi daxili məhsulun strukturunda neft və qaz amili 50 faizdən aşağıdır. 2020-ci il dekabrın 31-də XXI əsrin ən mühüm infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin dördüncü seqmenti – Transadriatik qaz kəməri istismara verilib. Bu layihə üzrə ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Cari ildə artıq Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac edilib. Gələn il 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qazın ixrac edilməsi planlaşdırılır.
Hazırda Azərbaycanın qazı Türkiyənin ehtiyacının 20 faizini və Gürcüstanın ehtiyacının təqribən 90 faizini təmin edir. Azərbaycanın qazı Avropaya nəql edildiyindən ölkəmiz Avropa İttifaqının bəzi üzv ölkələrinin ehtiyaclarının əhəmiyyətli hissəsini təmin edəcəkdir.

Həcər Verdiyeva – AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki