Qırğızstanın paytaxtı Bişkek şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərgi keçirilib.
Sərgi ölkəmizin Qırğızstandakı səfirliyi tərəfindən təşkil olunub.
Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto- şəkillər və Azərbaycanın görkəmli rəssamı Nailə Qəndilovanın Azərbaycan motivləri əsasında çəkdiyi rəsm əsərləri nümayiş etdirilib. Sərgini giriş nitqi ilə Azərbaycan Respublikasının bu ölkədəki səfiri cənab Lətif Qəndilov açıb. Sərginin açılışında iştirak edən Qırğızstan hökümətinin və parlamentinin yüksək vəzifəli nümayəndələri çıxış edərək Azərbaycan Respublikasının inkişafında və müstəqilliyin bərpa olunmasından sonrakı dövlət quruculuğu proseslərində Heydər Əliyevin tarixi rolundan bəhs ediblər. Sərgidə həmçinin Milli Məclisin üzvləri Musa Quliyev və Cavanşir Feyziyev, eləcə də Qırğızstanın tanınmış ictimai- siyasi və mədəniyyət xadimləri, Azərbaycan diasporasının təmsilçiləri iştirak ediblər.