image-3backend

Yeni əlifbanın tətbiqi müstəqil ölkəmizin ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir

image-reklam_sirab_01

Məşhur pedaqoq, mütəfəkkir Uşinskinin belə bir deyimi var: “Bir milləti məhv etmək istəyirsənsə, ilk öncə onun dilini əlindən al”. Bəli, Dil xalqın varlığını əks etdirən əsas sərvətidir. Onun keçmişi, bu günü və gələcəyidir. Dil bizim tariximiz, mənəviyyatımız, mədəniyyətimizdir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Qısası, dil ünsiyyət vasitəsidir, bununla bahəm, dil milləti səciyyələndirən amillərdən  birincisidir. O, hər hansı bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşıdır. Dil yaşayırsa, xalq da, dövlət də daima  yaşayıb, yaradacaqdır. Azərbaycanda bayraq, himn, gerb əsas rəmzlərdən olduğu, hər zaman qorunduğu kimi Azərbaycan dili də o rəmzlərin sırasına daxildir.

Keçmişdən ölkəmizdə müxtəlif dillərin, əlifbanın təsiri hökm sürürdü. Müxtəlif yaradıcılıq, fəaliyyət sahələrində ərəb, kiril qrafikalarından istifadə olunurdu. Lakin xalqımızın  maarifçiləri, məşhur mütəfəkkirləri hər zaman ana dilimizin bərpası, millətimizin öz ana dilində maariflənməsi, inkişaf etməsi, yaratması uğrunda daima mübarizə aparmış, repressiyalara, təzyiqlərə  məruz qalsalar da, bu yoldan dönməmişlər və zamanla ana dilimizin hər bir sahədə tətbiqi baş tutdu. Azərbaycan dilində latın qrafikalı əlifbaya keçid üçün maarifçilrimizdən Mirzə Fətəli Axundzadənin yüksək xidmtləri olmuşdur, belə ki, o bu istiqamətdə layihə hazırlamışdı. Amma bu layihənin həyata keçirilməsi yalnız 20-ci əsrdə baş tutdu.Azərbaycan rəsmi olaraq 1923-cü il oktyabrın 20-də latın qrafikalı əlifbaya keçdi. Lakin Stalin kiril əlifbasını Sovet İttifaqının bütün müsəlman ölkələrində tətbiq etdi. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi.

Bütün maneə, təzyiqlərə baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdir.

1990-cı ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanılmışdır. Yeni müstəqil əlifbaya keçməkdə xidmətləri olan ilk alim Afad Qurbanovdur. Beləliklə, Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır.

Qeyd etdiyimiz kimi bu yol çox zəhmətli, əzmli bir yoldur. Ona görə də, xalq olaraq hər birimiz ana dilimizin daim yaşaması, var olması üçün onu qorumalıyıq.

 

Gülər Baxışova

   Pedaqogika üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki