image-1backend

Əli Əsədovun Baş nazir təyin edilməsi MÜZAKİRƏ OLUNUR

image-reklam_sirab_01

Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.

Vətəninfo.az xəbər verir ki, Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ Milli Məclisin gündəliyinə daxil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu vəzifəyə namizədliyi irəli sürülüb. Onun namizədliyinin irəli sürülməsi spiker Sahibə Qafarova tərəfindən elan edilib.

Əli Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olub. 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri kimi çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş Naziri təyin edilib.

Qeyd edək ki, Konstitusiyanın 118-ci maddəsinə görə, yeni Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Prosedura görə, Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki