image-reklam-veteninfo
image-1backend

Handala ABŞ ordusunu HƏDƏLƏDİ

image-reklam-veteninfo

Handala haker qrupu ABŞ və müttəfiqlərini İranı hədəf alan hər hansı potensial hərəkətə qarşı xəbərdar edən yeni bir bəyanat yayımlayıb və onları sərt cavab gözləyəcəyini bildirib.

Vətəninfo.az xəbər verir ki, qrup öz mesajında ​​”raketlərin buraxılışa hazır olduğunu” bildirib və ABŞ və ya müttəfiqlərinin hər hansı bir addımına güclü və qətiyyətli reaksiya veriləcəyi barədə xəbərdarlıq edib.

Handala həmçinin ABŞ dəniz piyadalarına birbaşa müraciət edərək onları ailələri ilə əlaqə saxlamağa və vidalaşmağa çağırıb. Bəyanatda qrupun ABŞ-ın “səhvini” gözlədiyi və “yaxın saatlarda vurulacaq zərbənin acı olacağı” bildirilib.

Mesaj İran İslam Respublikasının düşmənlərinə ünvanlanmış təhdid dolu bir ifadə ilə başa çatdı: “Cəhənnəmə xoş gəlmisiniz”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki