image-11backend

İranlı diplomat: “Bakı-İrəvan münaqişəsinə son qoymaq planı”

image-reklam_sirab_01
İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin Azərbaycan – Ermənistan münaqişəsi ilə bağlı geniş məqalə yazıb. Vətəninfo.az xəbər verir ki, sabiq səfirin məqaləsini  “Khabar Online” saytı yayımlayıb. Həmin məqaləni ixtisarla diqqətinizə çatdırırıq.
 “Azərbaycan və Ermənistan bir-birini atəşkəs rejimini açıq şəkildə pozmaqda ittiham edərkən və iki ölkənin hərbi qüvvələri arasında pərakəndə toqquşmalar başladığı bir vaxtda, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq.
Bu toqquşmaların başlamasının səbəbini 10 noyabr 2020-ci il Moskva razılaşmasındakı qüsurlarda və qeyri-müəyyənliklərdə axtarmaq lazımdır. Həmin vaxt da bildirilmişdi ki, Moskva sazişi yalnız atəşkəs haqqında razılaşmadır və Azərbaycanla Ermənistan arasında mühüm məsələlərin, o cümlədən Qarabağın hüquqi statusu və Zəngəzur dəhlizinin həll yolu deyil.
Moskva sazişində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş 7 əsas rayonunun azad edilməsi nəzərdə tutulsa da, Qafqazda uzun sürən münaqişənin əsas səbəbi olan Qarabağın statusu dəqiqləşdirilməyib. Sazişdə Qarabağın Azərbaycanın ərazi bütövlüyündə qalacağı və ya başqa status qazanacağı müəyyən edilməyib”.
Keçmiş səfir iddia edib: “Moskva sənədindəki daha bir mühüm anlaşılmazlıq Zəngəzur dəhlizindən necə istifadə ediləcəyi ilə bağlı idi. Bu dəhliz Ermənistanın ərazi bütövlüyünə daxildir və Azərbaycanın mərkəzi hissəsini Naxçıvanla birləşdirir. Sazişdə həmin dəhliz üzərində suverenliyin həyata keçirilməsi hüququnun Ermənistanda olub-olmayacağı, yoxsa rusların nəzarəti altında olacağı aydınlaşdırılmayıb. Bu qeyri-müəyyənliklərə görə Azərbaycan və Ermənistan hər biri məsələni özü müstəqil şəkildə şərh edir; Ermənistan bəyan edir ki, bu dəhliz Sünik vilayətindədir və İrəvan onun üzərində suverenlik hüququnu tətbiq etməlidir. Lakin Azərbaycan iddia edir ki, Zəngəzur beynəlxalq dəhlizdir və Ermənistanın onun üzərində öz suverenliyini həyata keçirmək hüququ yoxdur…”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki