image-reklam-veteninfo
image-1backend

Türkiyə turizminin daha bir uguru: Kapadokya mətbəxi  MICHELIN bələdçisinə DAXİL EDİLDİ

image-reklam-veteninfo

Türkiyənin aparıcı turizm bölgələrindən biri olan Kapadokya, bu dəfə mətbəxi ilə beynəlxalq səviyyədə böyük uğura imza atıb. Dünyaca məşhur MICHELIN Bələdçisi, İstanbul, İzmir və Muğladan sonra ilk dəfə olaraq Anadolu bölgəsini də əhatəsinə alaraq, Kapadokyanı 2026 seçiminə daxil edib.

Vətəninfo.az xəbər verir ki, Türkiyənin Mədəniyyət  və Turizm naziri Mehmet Nuri Ersoy, bu nailiyyətlə bağlı sosial media hesabında paylaşım edərək bildirib:

“Kapadokyanın bənzərsiz mətbəxi artıq MICHELIN Bələdçisində! Orta Anadolunun minillik ləzzət irsini bu günə daşıyan Kapadokya, MICHELIN 2026 restoran seçiminə daxil edilərək, ölkəmizin qastronomiya turizmində gəldiyi yüksək səviyyəni bir daha nümayiş etdirir.”

Nazir həmçinin bu uğurda əməyi olan Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinə və Kapadokya Alan İdarəsinə, eləcə də bütün dəstək verənlərə təşəkkür edib.

MICHELIN Bələdçisinin Beynəlxalq Direktoru Gwendal Poullennec, Kapadokyanın seçkiyə daxil edilməsindən məmnunluğunu ifadə edərək, bölgənin mədəni və kulinariya müxtəlifliyinin müfəttişlərdə dərin təəssürat yaratdığını bildirib.

“Kapadokya mətbəxi bölgə ilə sarsılmaz bağ içindədir. Şeflər yerli məhsulları və əkinçilik ənənələrini sənətkarlıqlarının ayrılmaz hissəsinə çevirirlər. Biz, Kapadokyanı seçmək üçün insanlara bir səbəb daha vermək istəyirik: onun unikal qastronomiyasını kəşf etmək.”

Tarix boyunca Hettitlərdən Roma imperiyasına, Səlcuqlardan Osmanlılara qədər saysız sivilizasiyaya ev sahibliyi edən Kapadokya, yalnızca təbii gözəllikləri ilə deyil, həm də zəngin və qədim mətbəxi ilə beynəlxalq səviyyədə diqqət mərkəzinə çevrilib.

MICHELIN mütəxəssislərinin marağını cəlb edən Kapadokya restoranları, tandır yeməklərindən güvəclərə, fermentasiya olunmuş ləzzətlərdən yerli mezelərə qədər geniş çeşiddə dad təcrübəsi təqdim edir.

Kapadokyanın MICHELIN Bələdçisi seçkilərinə daxil edilən ilk restoranları, İstanbul, İzmir və Muğla ilə birlikdə 4 dekabr 2025-ci il tarixində, İstanbul Four Seasons Hotel Bosphorusda keçiriləcək rəsmi mərasimdə elan ediləcək. Seçkinin tam siyahısı MICHELIN Bələdçisinin rəsmi internet saytında və mobil tətbiqlərində yayımlanacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki