image-photo-2021-11-26-15-43-16-1backend

Kaptulyasiya aktı

image-reklam_sirab_01

Qarabağ müharibəsinin nətocəsində cəbhədə öz hakimiyyəti ilə önə keçən Azərbaycan ordusu sonunda qələbə qazandı, 44 günlük müharibənin sonunda Ermənistan kaptulyasiyası imzalamağa məcbur oldu. Bu 44 gün ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə və eyni zamanda çoxsaylı strateji yüksəkliklər azad edildi. 30 illik danışıqlar prosesi zamanında Ermənistan yalnız öz maraqlarını təmin etməyə çalışırdı, hətta Şaumyan indiki Goranboy rayonunun bir hissəsinin Ermənistana verilməsini tələb edirdi.
Ancaq Azərbaycan prezdenti İlham əliyevin siyasəti tam bir reallıq yaratdı. Şuşa şəhəri də daxil olmaqla Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycanın nəzarətinə keçdi. Azərbaycan, Rusiya və Ermənistan başçılarının birgə imzaladığı kaptulyasiya aktı Ermənistanın nə qədər çarəsiz qaldığının sübutudur. Ermənistan hakimiyyəti Kəlbəcər, Laçın və Ağdamı şərtsiz tərk etdi.
Noyabrın 15-i Kəlbəcər, 20-si Ağdam, dekabrn 1-i isə Laçın rayonu Azərbaycana təhvil verildir. Eyni zamanda Qazaxın 1990-cı illərin əvvələrində işğal edilmiş kəndləri də işğaldan azad edildi.
Erməni sosial şəbəkələri Naxçıvanın 1990-cı illərdə işğal olunan Kərki kəndinində azad olunacağını bildirirdi. Ümumilikdə cəbhədə qazandığımız qələbələr bizə siyasi qələbəni gətirdi, bu belə də olmalı idi. Prezdent İlham Əliyevin dediyi kimi “Heçbir qüvvə bizim qarşımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz”. Biz doğru bildiyimiz yoldan gedərək isdəyimizə.nail.olduq.
Azərbaycanın qələbəsi Ermənistanı böyük zərbə vurdu.Hal-hazırkiı Ermənistandakı vəziyyət 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır. İdarçilikdə naşı, səriştəsiz, qeyri-peşakar şəxslərin olması ölkəni böhrana sürükləyir. Baş nazirin evinin qarət edilməsi,şəxsi əşyalarının və sənədlərinim dağıdılması,oğurlanması, Parlament sədri Ararat Mirzoyanın qəddarca döyülməsi, bunlar hamısı Ermənistanın daxilinin necə bir vəziyyətdə olmasının göstəriciləridir.
Müharibə zamanı Azərbaycana qarşı bəzi beynəlxalq təzyiqlər də olmuşdur. Bunların əsasında Fransa dövləti dayanırdı.Prezdent Macron dəfələrlə Azərbaycan Respublikasının prezdenti İlham Əliyevə zənglər edərək müharibənin hərbi yol olmadığı deyirdi. Azərbaycanı müharibədən geri dönmənsini isdəyirdi.Məqsədi isə Ermənistanı böhrandan qorumaq idi. Bütün dünya ölkələri bilirdi ki, Azərbaycan öz işğal edilən torpaqlarını geri almaq qüdrətinə sahibdir, yalnız biz 30 il ərzində Dünyanın üstünə götürdüyü şərtləri yerinə yetirməsini gözləyirdik. Biz BMT-nin verdiyi qətnamələrə əməl etməsini gözlədik, bu gözləntilərimiz isə bizi məqsədimizə çatdırmadı. Və bizdə öz işimizi özümüz görməyə qərar verdik. Ordumuz Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ münaqişəsini kökündən həll etdi,həm də tam olaraq Azərbaycanın xeyrinə.
Müharbənin gedişində daimi mənəvi dəstəyi ilə yanımızda olan qardaş Türkiyə xalqına və Prezident Recep Tayyip Ərdoğana təşəkkürlərimizi bildiririk. Türkiyənin qəti mövqeyi bir çoxlarının hadisəyə müdaxilə cəhdlərni alt-üst etmişdir. Bu münaqişə zamanı Rusiya neytral mövqe göstərərək tərəflərin razılığa gəlməsində böyük rol oynamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya arasında əlaqələr yüksək səviyyədə inkişaf edib və etməkdədir.
Ümumilikdə,Qarabağ müharibəsi dünyaya Azərbaycan ordusunun gücünü göstərdi.
Fatimə Talıbzadə. ADPU

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki