image-photo-2022-04-09-14-48-48-1backend

Keçirilmiş görüşlərin nəticələri haqqında

image-reklam_sirab_01

Prezident İlham Əliyevin 6 aprel 2022-ci il tarixində Brüssel səfəri və səfər zamanı keçirilmiş bir neçə görüşlərdə iştirak edib. İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr qalib komandanın dünyada böyük nüfuzunun göstəricisi, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğuru oldu. Brüsseldə Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə keçirilən sülh danışıqlarının növbəti mərhələsi nəticəsiz olmadı.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. Brüssel sülh gündəliyi postmünaqişə dövrünün reallıqlarının qəbulunda və təqdimatında böyük əhəmiyyət kəsb edir.

Aprelin 6-da 4 saat yarımdan çox davam edən görüşün müsbət nəticələrini və əldə edilən razılaşmanı aşağıdakı kimi qrupaşdırmaq olar:
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla əlaqədar olaraq işçi qrupun yaradılması qərara alınıb. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Artıq tərəflər biri-birinin ərazi bütövlüyünü tanımaq və dəstəkləmək istəklərini ortaya qoyub. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür;

Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır;

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur;

Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınıb;

Arxivə göndərilən “Dağlıq Qarabağ”, “münaqişə”, “status” kimi lazımsız və aktuallığını itirmiş ifadələrə və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır.
Bütün bunlar bir daha onu sübut edir ki, danışıqlar tam olaraq Azərbaycanın diqtəsi və maraqları əsasında aparılıb. Artıq Azərbaycanın yaratdığı reallıqlar əsasında “Brüssel Sülh Gündəliyi” və “Sülh danışıqlarının Brüssel formatı” formalaşıb.

Avropa İttifaqı dünyada mövcud olan böyük siyasi və iqtisadi mərkəzlərdən biridir, qərəzsiz və bitərəfdir, Azərbaycan və Ermənistan ona etimad göstərirlər. Aİ-nin məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına nail olunmasıdır.

Görüşdən sonra açıqlama verən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin fikirləri də onu deməyə əsas verir ki, tərəflər artıq müxtəlif məsələlərdə ümumi razılığa gələ biliblər. İlham Əliyev və Nikol Paşinyanla çox səmərəli görüşün keçirildiyini deyən Şarl Mişel böyük bir irəliləyişə nail olunduğunu vurğulayıb: “Biz hamımız birlikdə sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar vermişik. Biz həmçinin həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəldik. Əminəm ki, növbəti həftələrdə əldə olunacaq tərəqqini nəzərdən keçirmək üçün bizim aramızda güclü kommunikasiya və koordinasiya olacaq”.

Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulmasına, yeni prioritetlər üzrə inkişafına xüsusi önəm verməsi diplomatik müstəvidə qələbəsini qaçılmaz edir. Artıq dünya postmünaqişə dövrünün reallıqlarından, Azərbaycanın sözünün imzası qədər əhəmiyyətindən bəhs edir.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki