image-reklam-veteninfo
image-1backend

ABŞ yaşıl kart müraciətçiləri üçün 100 min dollarlıq girov tətbiq etməyi nəzərdən keçirir

image-reklam-veteninfo

ABŞ administrasiyasının yaşıl kart (daimi yaşayış icazəsi) üçün müraciət edən şəxslərlə bağlı yeni qaydalar tətbiq etməyi planlaşdırdığı bildirilir.

Vətəninfo.az xəbər verir ki, “The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ bəzi yaşıl kart müraciətçiləri üçün 100 min dollar məbləğində girov tələbi müəyyən edə bilər.

Məlumata əsasən, bu addım administrasiyanın qanuni immiqrasiyaya nəzarəti gücləndirməyə yönəlmiş tədbirlər paketinin bir hissəsi olacaq. Yeni qaydanın xüsusilə maliyyə imkanları məhdud olan xarici vətəndaşlara təsir göstərəcəyi qeyd olunur.

Təklifin tətbiq olunacağı təqdirdə, yaşıl kart almaq istəyən bəzi şəxslər müraciət prosesində əlavə maliyyə öhdəliyi ilə üzləşə bilərlər.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki