“The Sun” qəzetinin verdiyi məlumata görə, “Liverpul”un keçmiş hücumçusu və Misir millisinin üzvü Məhəmməd Salah karyerasını “Çelsi”də davam etdirə bilər.
Vətəninfo.az xəbər verir ki, Salahın nəzərdən keçirməyə hazır olduğu yeganə Premyer Liqa klubu “Çelsi”dir. O, 2014-cü ildən 2016-cı ilə qədər London komandasının oyunçusu olub, lakin bu müddətin çox hissəsini İtaliyanın “Fiorentina” və “Roma” klublarında icarə əsasında keçirib.
Salah hazırda Türkiyənin “Beşiktaş”, “Fənərbaxça” və “Qalatasaray” klublarından sərfəli təkliflər alıb. O, hazırda azad agentdir.
Salah ötən mövsüm “Liverpul”da 41 oyun keçirib, 12 qol vurub və 10 məhsuldar ötürmə edib.
“Transfermarkt” 34 yaşlı futbolçunun transfer dəyərini 22 milyon avro olaraq qiymətləndirir.


























