image-reklam-veteninfo
image-1backend

 İsmayıl Baqai : ABŞ ilə danışıqları bərpa etmək niyyətimiz yoxdur

image-reklam-veteninfo

İran ABŞ ilə danışıqlar prosesinin bərpasını hazırda gündəminə daxil etmədiyini bildirib.

Vətəninfo.az xəbər  verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai iyulun 15-də jurnalistlərə açıqlamasında qeyd edib ki, Tehran hazırda Vaşinqtonla danışıqlar aparmaq planı nəzərdə tutmur və əsas diqqətini ölkənin müdafiə imkanlarına yönəldib.

“Hazırda danışıqlar aparmaq planımız yoxdur, diqqətimiz müdafiəyə yönəlib”, – deyə Baqai bildirib.

Diplomat vurğulayıb ki, İran silahlı qüvvələri istənilən təcavüzə qarşı mütənasib cavab verməyə hazır olduğunu dəfələrlə nümayiş etdirib.

Baqai həmçinin qeyd edib ki, Tehran və Vaşinqton arasında hər hansı anlaşma qarşılıqlı öhdəliklər əsasında mümkün ola bilər. Onun sözlərinə görə, tərəflərdən biri razılaşmalardan irəli gələn vəzifələrini yerinə yetirmədiyi halda, İran da üzərinə düşən öhdəlikləri icra etməyəcək.

“Onların öhdəlikləri pozması halında, biz də öz öhdəliklərimizi yerinə yetirməkdən çəkinəcəyik”, – deyə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki