image-reklam-veteninfo
image-1backend

Azərbaycan nefti BAHALAŞDI

image-reklam-veteninfo

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,32 ABŞ dolları və ya 0,36 % artaraq 86,83 ABŞ dolları təşkil edib.

Vətəninfo.az xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 82,22 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 % artaraq 83,18 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki