image-reklam-veteninfo
image-1backend

Tomas Tuxel: “Qərarları mən verirəm, heç nədən peşman deyiləm”

image-reklam-veteninfo

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel komandasının məğlubiyyətindən sonra verilən tənqidlərə münasibət bildirib.

Vətəninfo.az xəbər verir ki, alman mütəxəssis qeyd edib ki, oyundan sonra qəbul etdiyi qərarların səhv olduğunu iddia etmək asandır. Onun sözlərinə görə, nəticəyə baxaraq daha yaxşı variantların olduğunu deyən çoxsaylı fikirlər səslənə bilər, lakin son qərarı verən şəxs məhz baş məşqçidir.

“Məğlubiyyətdən sonra qərarlarımın səhv olduğunu demək asandır. Hesaba baxıb nəyin daha yaxşı edilə biləcəyini söyləyən milyonlarla məşqçi ortaya çıxır. Amma qərarları verən mənəm. Heç nədən peşman deyiləm”, – deyə Tuxel bildirib.

Baş məşqçi əlavə edib ki, taktiki baxımdan komandasında ciddi problem görməyib və qəbul etdiyi qərarların arxasında dayanır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki