Dünya Kubokunun ən yaxşı bombardiri uğrunda “Qızıl buts” mükafatı uğrunda mübarizədə dünya çempionu Argentina millisinin və amerikalı “İnter Mayami”nin 39 yaşlı hücumçusu Lionel Messi İngiltərəyə qarşı yarımfinalda (2:1) iki məhsuldar ötürmə sayəsində Fransa millisinin və “Real Madrid”in 27 yaşlı hücumçusu Kilian Mbappeni üstələyib.
Vətəninfo.az xəbər verir ki, hər ikisi 8 qol vurub. Heç-heçə olarsa, məhsuldar ötürmələr də hesaba alınır. Messi 4, Mbappe isə 3 məhsuldar ötürmə edib.
Argentina 19 iyulda keçiriləcək finalda Avropa çempionu İspaniya ilə qarşılaşacaq. İngiltərə və Fransa isə 18 iyulda üçüncü yer uğrunda matçda oynayacaqlar.
2026-cı il Dünya Kuboku, ən çox qol vuran oyunçular
Lionel Messi (Argentina): 8 qol + 4 məhsuldar ötürmə
Kilian Mbappe (Fransa): 8+3
Erling Haaland (Norveç): 7+0
Harri Keyn (İngiltərə): 6+1
Jude Bellingham (İngiltərə): 6+1
Dembele (Fransa): 5+2
Mikel Oyarzabal (İspaniya): 5+1


























